Əhməd Haşimi: Sanksiyalar İran rejimini çökdürə bilər

Your browser doesn’t support HTML5

Birləşmiş Ştatlar və İran arasında bütün həftə boyu söz savaşı davam edib. Bununla belə, həm Vaşinqton, həm Tehran müharibə istəmədiklərini bəyan edir. ABŞ-ın tətbiq etdiyi yeni sanksıyaların bu dəfə bırbaşa hədəfi olan İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyi Amerikanı “müharibə və münaqişə mənbəyi” adlandırıb. ABŞ-da yaşayan azərbaycanlı jurnalist və şərhçi Əhməd Haşimi ABŞ-ın İrana qarşı son sanksiyalarının təsirləri, Tehran rejiminin yüksək səviyyəli rəsmiləri arasında korrupsiya və azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətindən danışıb.