ABŞ-ın İrana qarşı yeni dövr sanksiyaları noyabr ayının 4-dən həyata keçirilməyə başlayacaq. Prezident Həsən Ruhani bu sanksiyaların heç bir təsiri olmayacağını irəli sürüb. Amma Amerikanın Səsinə müsahibə verən İran xarici işlər nazirliyinin sabiq əməkdaşı Əhməd Haşiminin dediklərinə görə, İslam Respublikası yeni kəmər sıxma tədbirləri həyata keçirməyə hazırlanır.
Your browser doesn’t support HTML5
“ABŞ-ın indiyə qədər İrana qarşı tətbiq etdiyi sanksiyaların İranın iqtisadiyyatına çox ciddi təsirləri və zərbələri olmuşdur. Biz görürük ki, ölkənin fərqli şəhərlərində iqtisadi vəziyyətlə əlaqədar aksiyalar təşkil olunur,” Əhməd Haşimi söyləyir.
Bu sanksiyalar əsasən İranın bankçılıq və enerji sektorunu hədəf akacaq. Biz bilirik ki, İranın 80 ilə 90 faiz gəliri neft və qazdan təmin olunur.
Yeni sanksiyaların xüsusilə İranın neft ixracatını azaltmaq hədəfi ilə həyata keçiriləcəyinə diqqət çəkən ekspert bu sanksiyalardan gələn zərbənin daha təsirli olacağını vurğulayır:
“Çünki, bu sanksiyalar əsasən İranın bankçılıq və enerji sektorunu hədəf akacaq. Biz bilirik ki, İranın 80 ilə 90 faiz gəliri neft və qazdan təmin olunur.”
İran rəsmiləri yeni sanksiyaların heç bir təsirinin olmayacağını irəli sürürlər.
“Mən xalqa deyirəm ki, bu dedikləri 4 noyabrın heç bir təsiri olmayacaq. Amerika onsuz da, bundan əvvəl bizə qarşı istədiyi hər işi görüb. Əhalini nigaran edəcək bir 4 noyabr olmayacaq. Bunlar təbliğatdan ibarətdir,” prezident Həsən Ruhani bu barədə dilə gətirib.
Əhməd Haşimi bu ifadələri ciddi dəyərləndirmədiyini vurğulayır.
Onun dediklərinə görə, “biz bilirik ki, İran hakimiyyəti bu sanksiyaların təsirini azaltmaq üçün xaricdə alternativlər axtarır...”
Haşimi həmçinin İslam Respublikasının daxildə yeni kəmər sıxma tədbirlərini həyata keçirməyə hazırlandığını ifadə edir.
“Biz bu çərçivədə rəsmilərin ağzından tez-tez ‘müqavimət iqtisadiyyatı’ kimi ifadələr eşidirik,” deyə siyasi ekspert bildirir.