Əfsanəvi bəstəkar Mişel Leqran 86 yaşında Parisdə vəfat edib. 50 ildən artıq sürən karyerası boyu o, 3 dəfə Oskar, 5 dəfə Qremmi mükafatına, "Şerber çətirləri" filminə yazdığı müsiqiyə görə Kann festivalında "Qızıl palma budağı"na layiq görülüb.
Leqran filmlər üçün 200-dən artıq əsər bəstələyib. Cazın həyatında xüsusi yeri olan bəstəkar dirijor kimi də tanınırdı.
Leqran ilk Oskarını 1969-cu ildə "The Thomas Crown Affair", 1972-ci ildə "Summer of '42" və 1984-cü ildə "Yentl" filmlərinə yazdığı bəstələrinə görə alıb.
O, Edit Piaf, Maylz Devis, Rey Carlz, Frenk Sinatra, Areta Franklin, Barbara Streyzand və Layza Minelli kimi dünya şöhrətli sənətçilərlə çalışıb.
Leqran 1932-ci ilin fevral ayının 24-də Parisdə dünyaya gəlib. Onun bəstəkar atası ailəni Leqran 3 yaşında ikən tərk edib. Erməni əsilli anası isə pianoçu olub.
10 yaşında ikən konservatoriyaya qəbul edilən Leqran həyatında musiqidən başqa dəyərli heç nə olmadığını deyirdi.