Talibanın intiharçı hücumu azı 10 nəfərin ölümü ilə nəticələnib

Rəsmilərin bildirdiyinə görə, cümə axşamı NATO qərargahı və Birləşmiş Ştatların Əfqanıstandakı səfirliyinin yerləşdiyi ərazinin yaxınlığında törədilən intiharçı hücumu azı 10 nəfərin ölümünə, yaxınlıqdakı bizneslərin və avtomobillərin sıradan çıxmasına səbəb olub.

Daxili İşlər Nazirliyinin sözçüsü Nəsrət Rəhimi ölənlər arasında mülki vətəndaşların da olduğunu və 42 nəfərin yaralandığını bildirib.

Taliban sözçüsü hədəfin xaricilər olduğunu deyib.


Hücumun məsuliyyətini Taliban öz üzərinə götürüb. Taliban sözçüsü hədəfin xaricilər olduğunu deyib.

Bu həftə azı 16 nəfərin ölümü, 100-dən çoxunun yaralanması ilə nəticələnən digər hücumun arxtasında da militant qrup durub.

Birləşmiş Ştatların Əfqanıstan üzrə xüsusi nüamayəndəsi Zalmay Xəlilzad ABŞ-ın Talibanla ABŞ hərbi qüvvələrinin beş hərbi bazadan çıxarılması ilə bağlı əldə etdiyi "prinsipial razılaşma"nı müzakirə etmək üçün bu həftə Əfqanıstan rəsmiləri ilə görüşüb.

Plana əsasən, hazırda Əfqanıstana yerləşən 14 min ABŞ əsgərindən 5 mini çıxarılmalıdır.

Bunun müqabilində Taliban Əl-Qaidə ilə əlaqələrdən və Əfqanıstanın ABŞ və onun müttəfiqlərinə qarşı terror hücumları həyata keçirməkdən imtina etməlidir.