Taliban Əfqanıstan təhlükəsizlik qüvvələrinin 27 əsgərini öldürüb

Polis və hökumət rəsmilərinin bildirdiyinə görə, Taliban üsyançıları bazar ertəsi Əfqanıstan təhlükəsizlik qüvvələrinin 27 əsgərini öldürüb. Bu, Birləşmiş Ştatların vasitəçilik etdiyi sülh səylərinin davam etdirilməsi qarşısında çətinlikər fonunda baş verib.

Talibanla Birləşmiş Ştatlar keçən ay ABŞ və onun müttəfiqlərinin hərbi qüvvələrini Əfqanıstandan çıxarması müqabilində Talibanın terrorizmin qarşısını alınmasını nəzərdə tutan razılıq əldə edib.

Talibanın ABŞ-ın dəstəklədiyi Əfqanıstan hökuməti ilə sülh danışıqlarına dair öhdəliyi razılığın bir hissəsi olsa da, hökumət və Taliban arasında məhbus mübadiləsi məsələsindəki fikir ayrılıqları danışıqların aparılması səylərinə mane olub.

Taliban 5 min məhbusun azadlığa buraxılması müqabilində Əfqanıstanın təhlükəsizlik qüvvələrinin minə yaxın əsgərini sərbəst buraxmalıdır.

Talibanla hökumət arasında atəşkəs razılığı əldə edilməyib və döyüşlər başa çatmayıb. Bununla belə, Taliban üsyançıları adətən ilin bu vaxtında etdikləri kimi bahar mövsümündə hər hansı bir hücumu elan etməyib.