Əfqan Muxtarlı Tofiq Yaqubluya dəstək olaraq aclıq aksiyasına başlayıb

Your browser doesn’t support HTML5

Almaniyada mühacirətdə yaşayan jurnalist, keçmiş siyasi məhbus Əfqan Muxtarlı Berlində Bundestaqın qarşısında Tofiq Yaqubluya dəstək olaraq aclıq aksiyasına başlayıb.

Əfqan Muxtarlının Amerikanın Səsinə verdiyi məlumata görə, alman polisi aksiyanın keçirilməsinə rəsmi icazə verib.

Onun sözlərinə görə, aksiyaya 3 nəfər mühacir də qoşulub.

“Tələblərimiz Tofiq Yaqublu və digər siyasi məhbuslar dərhal azad edilməsi, Almaniya Federativ Respublkası və digər AB dövlətləri Əliyevlər ailəsinə və yüksək vəzifəli Azərbaycan məmurlarına qarşı sanksiyalar tətbiq edilməsi və Azərbaycan hakimiyyətində təmsil olunan şəxslərin Almaniyada və Avropa Birliyindəki bank hesablarına və əmlaklarına həbs qoyulmasıdır” - deyə, Əfqan Muxtarlı bildirib.

Your browser doesn’t support HTML5

Əfqan Muxtarlı Tofiq Yaqubluya dəstək olaraq aclıq aksiyasına başlayıb

Tofiq Yaqublu bu il martın 22-də tutulub, martın 23-də Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil E.Cəbrayılovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T.Yaqublunun Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunurdu. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyirdi.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkməsinin qərarı ilə 4il 3ay azadlıqdan məhrum edilib. Məhkəmə zalında hökm oxunduqdan sonra T.Yaqublu bu hökmə etiraz olaraq aclıq aksiyasına başladığını bəyan edib.

AXCP fəalları Ayət İsmayıl, Elşən Həsəov və Tofiq Məmmədov sentyabrın 3-dən aclıq edirlər, müsavatçı Elman Quiyev isə sentyabrın 7-dən aksiyaya başlayıb.