Şərqi Azərbaycan vilayətinin vətəndaşlıq vəziyyəti qeydiyyatı idarəsinin sədri Əhəd Codi yaşı 13-dən yuxarı uşaqların evləndirilməsinə heç bir maneə olmadığını bildirib. O, həmçinin kiçik yaşda nikahın artması istiqamətində həyata keçirilən fəaliyyətlərin önəmli olduğunu vurğulayıb.
“Qızların yuxarı yaşlarda evlənməsi vilayət və ölkənin önəmli məsələlərindən biridir. Kiçik yaşlarda evliliyin təşviq olunması və artması əhalinin artım tempini təmin etmək üçün vacibdir,” Şərqi Azərbaycan qeydiyyat idarəsinin sədri ifadə edib.
O, həmçinin keçən 10 ay ərzində vilayətdə 14 yaşında 87 qız uşağının evləndirildiyini bildirib.
SEE ALSO: Zəncan və Şərqi Azərbaycan - İranda uşaq nikahının ən çox olduğu vilayətlərİLNA xəbər agentliyinin bildirdiyinə görə, Əhəd Codi Şərqi Azərbaycan vilayətində yaşı 13-dən aşağı qız uşağı nikahının qeydiyyatdan keçdiyinə dair xəbərləri təkzib edib.
Amma, Həmşəhri qəzetinə istinadən, Codi bir neçə ay əvvəl yaşı 13-dən aşağı uşaq nikahının məhkəmə və qəyyumun icazəsi ilə qeydiyyata alına biləcəyini bildirmişdi.
Şəriət qanunlarının tətbiq edildiyi İranda erkən yaşda evləndirilən uşaqların sayı getdikcə artmaqdadır. Rəsmi statistik məlumatlara görə, ölkədə hər il on minlərlə yaşı 14-dən aşağı və yüzlərlə yaşı 10-dan aşağı uşaq nikahı qeyd edilir.
İranda yaşı 14-dən aşağı uşaq nikahının ən çox qeyd edildiyi vilayətlərin Zəncan, Şərqi Azərbaycan və Şimali Xorasan vilayətləri olduğu bildirilir.