İran xəbər agentliklərinə istinadən, Şərqi Azərbaycan vilayətində 5 gün ərzində Covid-19 infeksiyasına 740 yeni yoluxma faktı qeydə alınıb.
Təbriz Tibb Universiteti və səhiyyə xidmətinin rəhbəri doktor Məhəmməd Hüseyn Somi may ayının 3-dən 8-nə qədər Şərqi Azərbaycanda təqribən 3 min nəfərin testdən keçirildiyini və bunlardan 740 nəfərdə koronavirusun aşkarlandığını bildirib.
Yarı-rəsmi “Fars” agentliyinin xəbərinə əsasən, Somi koronavirus nəticəsində ölüm hallarının sayı ilə bağlı məlumat verməyib, amma vilayətdə ölənlərin sayının getdikcə azaldığını ifadə edib.
SEE ALSO: Bulut Ələmdar: İran Azərbaycanında əhali pandemiya ilə bağlı qonşu dövlətlərin tövsiyələrinə baxırTəbriz Tibb Universitetinin rektoru Şərqi Azərbaycanda ümumi vəziyyətin yaxşılaşmağa doğru getdiyini söyləsə də, “bəzilərinin pandemiyanı görməzdən gəlib və hətta unutduqlarından” narahat olduğunu önə çəkib.
“Bəziləri Covid-19 virusunu görməzdən gəlir və hətta unudublar. Virusa yoluxanlar izolyasiya və ev karantini qaydalarına riayət etməlidirlər,” Məhəmməd Hüseyn Somi qeyd edib.