Şirkətlər ölkə miqyasında etirazlara dəstək mesajları göndərir

Adətən Birləşmiş Ştatların şirkətləri etirazlar zamanı sakit olur. Lakin bu dəfə bu, belə deyil.

Texnologiya şirkətləri, banklar, geyim və əyləncə şirkətləri polisin qaradərililərə münasibətinə qarşı çıxanlara dəstək mesajları göndərir.

"Mən ilk dəfə danışan şirkət başçılarının sayından şok oldum" - deyə, Kaliforniyada Berkli Universitetinin Haas Biznes Məktəbinin professoru və məktəbdəki bərabərlik, gender və liderlik mərkəzinin təsisçisi Kelli MakElhani bildirir.

Kelli MakElhaninin dediyinə görə, şirkətləri danışdıran Minneapolisdə bir polis məmurunun dizlərini sonradan ölən Corc Floydun boynuna qoyduğunu göstərən video olub.

"Şirkətlər insanlar tərəfindən idarə olunur. Onların qaradərili işçiləri, idarəçiləri, müştəriləri var. Mütləq risklər var, lakin fayda risklərdən üstündür” deyə, o bildirib.

Netflix tvitter səhifəsində "Səssiz qalmaq bununla razılaşmaq deməkdir. Danışmaq bizim qaradərili işçilərimizə, yaradıcı və istadadlı işçilər qarşısında borcumuzdur" yazıb.

Google özünün əsas axtarış səhifəsində belə yazıb: "Biz irqi bərabərliyin və onun tərəfində olanların tərəfindəyik."

Twitter-in hesabında #BlackLivesMatter deyilir.

Microsoft-un baş direktoru Satya Nadella işçilərinə müraciət edrərək belə deyib: "Şirkətimizdə və cəmiyyətlərimizdə dəyişikliyin təşviq edilməsi üçün mənə və rəhbərliyimizə qoşulun".

"Bu ağrılı və çirkin irqçilik hələ də cəmiyyətimizin kökündə qalmaqda davam edir. Bu həqiqət davam etdiyi müddətcə Amerikanın azadlıq və bərabərlik haqqında əkiz idealları əlçatmaz olacaq" - deyə, Citibank-ın baş maliyyə direktoru, afroamerikalı Mark Meyson bloqunda yazıb.

Ölkədəki etirazlar zamanı talan edilən və dağıdılan Target pərakəndə mağazalarının işçiləri də çıxış edib. "Ağ polis məmuru tərəfindən tutulan bir qaradərilinin ölümü illərdir üst-üstə gələn ağrını ortaya çıxartdı" - deyə, qərargahı Minneapolisdə yerləşən Target şirkətinin baş direktoru bildirib.

Floydun ölümündən sonra etirazlar ABŞ boyu yayıldığı üçün Nike şirkəti etirazçıların mesajını dəstəkləyən bir video yayımladı: "İrqçiliyiə arxanızı çevirməyin. Günahsız insanların həyatlarının alınmasını qəbul etməyin. Daha bəhanə axtarmayın”.

Nike şirkətinin rəqibi olan Adidas şirkəti bunu Twitter səhifəsində paylaşıb.