Şimali Koreya prezidenti Donald Trampa məktub ünvanlayıb

Ağ Evin bildirdiyinə görə, Şimali Koreya prezidenti iyun ayı Sinqapur görüşündən sonra Donald Trampa məktub ünvanlayıb.

"Prezident Tramp Kimdən avqust ayının 1-də məktub alıb. Prezidentlər arasında məktublaşma onların birgə bəyanatındakı öhdəliklərinin davamı mahiyyəti daşıyır" - deyə, Ağ Evin mətbuat xidmətinin rəhbəri Sara Sanders bildirib.

Liderlər Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair razılıq əldə etsələr də, razılıqda Şimali Koreyanın nüvə silahları proqramını, eləcə də mövcud nüvə təsislərini necə nə nə zaman ləğv edəcəyinə dair məlumat yer almayıb.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp deyib ki, o, Şimali Koreya ilə Pxenyanın nüvə proqramına son qoymaq məqsədilə aparılan danışıqlardan “çox razıdır”.

Son olaylar Şimali Koreya keçən həftə amerikalı əsgərlərin qalıqlarının təhvil verilməsindən sonra qalıqların Cənubi Koreyadan Pearl Harbora gətirildiyi vaxta təsadüf edir.

ABŞ vitse-prezidenti Mayk Pens ABŞ əsgərlərinin qalıqlarının repatriasiya mərasimində iştirak edib.