Şarlottsvildə supremasistlərin zorakılıqlarının ildönümü qeyd edilib

ABŞ-ın Şarlottsvil şəhərində ötən il supremasistlərin zorakılıqlarının ildönümü qeyd edilib.

Polisin mövcudluğuna etiraz edən bir qrup tələbə ilə polis arasında toqquşma baş verib.

200 nəfərdən ibarər digər nümayişçi dəstəsi Virciniya Universitetinin kampusunda yürüş keçirib.

Virciniya ştat rəsmiləri ağdərili millətçilərin ölümlə nəticələnin yürüşünün birinci ildönümündə Şarlottsvil şəhərində fövqəladə vəziyyət elan edib.

​Ştatın qubernatoru Ralf Nirtham deyib ki, fövqəladə vəziyyət cümə günü qüvvəyə minib və bazar gününədək davam edəcək.

Qubernator fövqəladə vəziyyəti zorakılıqlara yol verildiyi halda Virciniya Milli Qvardiyası da daxil edilməklə, resusların səfərbərliyi üçün administrativ alət kimi qiymətləndirib.

ABŞ paytaxtı və qonşu Virciniya ştatının rəsmiləri ölümcül zorakılıqlarla nəticələnən ağ millətçilərin yürüşünün birinci ildönümünə hazırlaşdığı bir vaxt, ABŞ prezidenti Donald Tramp şənbə günü birlik çağırışı edib.

“Biz xalq olaraq birlik nümayiş etdirməliyik", deyə Tramp Nyu Cersidəki qolf klubunda ikən Twitter hesabında yazıb. “Mən irqçiliyin və zorakılıqların bütün hallarını qınayıram. Bütün amerikalılara sülh” – o yazıb.

"Unite the Right" yürüşü 2017-ci ildə təşkil edilmişdi. Ağ supremasistlər və neo-faşistlər ABŞ-ın vətəndaş müharibəsi zamanı Birləşmiş Konfederasiya Ordusunun komandiri Robert Linin heykəlini dağıtmağı planlaşdırırdı.

Yürüş zamanı əks-etirazlar baş qaldırmış, qarşıdurmalar zamanı ölənlər olmuşdu.