Şahin Hacıyev: Rusiyanın aqressiyasının qarşısı alınmasa yeni demarşları olacaq

Your browser doesn’t support HTML5

Turan İnformasiya Agentliyinin siyasi şöbəsinin redaktoru Şahin Hacıyev Amerikanın Səsinə bildirib ki, Rusiyanın Ukraynanın Donbas və Luqansk bölgələrini müstəqil dövlət kimi tanımasının çox ciddi nəticələri olacaq.

“İlk növbədə bölgədə uzunmüddətli gərginlik qalacaq. Hərbi münaqişə başlayıb və uzun müddətdir davam edir. Çünki ikinci dünya müharibəsindən sonra dünyanı idarə edən sistem get-gedə dağılmağa başlayıb. Ukraynada baş verən hadisələr, Putinin dünənki qərarı bunun konkret göstəricisidir. Əgər indiyədək dünyada ərazi bütövlüyü, suverenlik ən əsas prinsiplər sayılırdısa, bu gün böyük dövlətlər Rusiyanın timsalında, bunu dəyişə bilmələrini nümayiş etdirir. Bu çox ciddi siyasi fəsadlarıa gətirib çıxaracaq. Eyni zamanda Rusiyaya qarşı olan təzyiqlər getdikcə artacaq, ilk növbədə iqtisadi təzyiqlər, sanksiyalar və Rsuiaynın bu hadisədən qazanmaq istədiyi dividentləri minmallaşdıracaq.”