ÜST-nın alimi koronavirus vaksinləri ilə bağlı əlavə məlumatların açıqlanmasına çağırır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) vaksin üzrə baş eksperti deyir ki, təşkilat koronavirus vaksini və onların immun reaksiyaları ilə bağlı press-relizdən əlavə qiymətləndirmə aparmalıdır.

ÜST-nın immunizasiya, vaksinlər və bioloji maddələr üzrə direktoru Keyt O’Brayan cümə günü Cenevrədə keçirilən mətbuat brifinqi zamanı COVID-19 əleyhinə vaksinlərin insanların virusu yaymaq riskini azaldıb-azalmadığının bəlli olmadığını deyib.

“Bizim vaksinlərin, xəstəliyin qarşısını almaqdan başqa nə etdiyi ilə bağlı əlavə məlumat əlavə əldə etməyə başlamağımız çox vacibdir,” O’Brayan bildirib.

Britaniyalı dərman istehsalçısı AstraZeneca cümə axşamı eksperimental COVID-19 vaksinin istehsal səhvi ilə bağlı araşdırma aparmaq üçün hökumətin tənzimləyiciləri ilə əməkdaşlı etdiyini bildirib.

Əczaçı şirkət Oksford Universiteti ilə birlikdə vaksinin aşağı dozasının tam dozadan daha yaxşı nəticələr verdiyini etiraf edib. Bu barədə AstraZenecanın baş icraçı direktorunun əlavə qlobal sınaq ehtimalının yüksək olduğunu söyləməsindən sonra şirkətin sözçüsü bildirib.

Bəyanat şirkət ilin sonunadək vaksinin 4 milyon dozasını paylamaq planlarından öncə dərmanı müvəqqəti təchiz etməyə hazırlaşdığı vaxta təsadüf edib.

İngiltərədə qərargahlanan əczaçı şirkət bu həftənin əvvəli bildirib ki, vaksini ümumilkdə 70 faiz effektivdir, lakin iki doza arasında fərq var. Dozalardan biri 90 faiz. Effektiv, digəri isə 62 faiz effektivdir.

Dərman istehsalçıları Pfizer və Moderna da sınaqlarının son mərhələsinin ilkin nəticələrini açıqlayaraq, vaksinlərinin 95 faiz effektiv olduğunu elan ediblər.

Bu arada isə Cons Hopkins Universitetinin Resurs Mərkəzinin məlumatına görə, koronavirusa yoluxma hallarının 13 milyona yaxınlaşdığı Birləşmiş Ştatlarda pandemiya səbəbilə Qara Cümə günü mağazalarda müştərilən sayı məhdudlaşdırılıb. Bir çox mağaza isə satışlar üçün onlayn alış-verişə üstünlük verib.

Reuters xəbər agentliyinin bildirdiyinə görə, ABŞ boyu xəstəxanaya yerləşdirilən COVID-19 pasientlərinin sayı ötən ay iki qat artımın ardınca cümə günü 90,000-i ötüb. Xəstəxanaya yerləşdirilən insanların sayında atım Birləşiş Ştatlarda yoluxma hallarının həftələrdir artmasından sonraya təsadüf edib.

İrlandiyada hökumət ən son bağlanma tədbirlərindən sonra mağaza, restoran və idman zallarının gələn həftə açılmasına icazə verəcəyini deyib. Baş nazir Miçel Martin Miladdan öncə vilayətlər arası səfərlərə icazə veriləcəyini bildirib.

Fransa rəsmiləri cümə günü yoluxma hallarının yenidən yavaşladığını və ölkənin şənbə günündən başlayaraq bütün mağazaların açılmasına hazırlaşdığını bildirib.

İtaliyada da xəstəxanaya yerləşdirilən insanların sayı tədricən azalır ki, bu da hökümətin bazar günündən etibarən beş regionda məhdudiyyətləri yumşaldacağını elan etməsinə səbəb olub.

Almaniyada koronavirusa yoluxanların sayı cümə günü 1 milyonu ötüb. Ölkənin xəstəliklərə nəzarət mərkəzi olan Robert Koch İnstitutu bir sutkada 22,806 yoluxma halının qeydə alındığını bildirib.