Üsamə bin Ladenin oğlunun öldürüldüyü deyilir

Əl-Qaidənin təsisçisi Üsamə bin Ladenin oğlu və vəliəhdinin oldüyü güman edilir. Onun ABŞ-ın dəstəyi ilə aparılan əməliyyat zamanı öldürüldüyü deyilir.

NBC News kanalının verdiyi məlumata görə, adlarının açıqlanmasını istəməyən rəsmilər çərşənbə günü 30 yaşlarında olan Həmzə bin Ladenin öldüyünü təsdiq edib.

Daha sonra The New York Times oğul bin Ladenin son iki il ərzində Birləşmiş Ştatların da cəlb olunduğu əməliyyatda öldürüldüyünə dair xəbər verib. Lakin rəsmilər The New York Times-a bildirib ki, hökümət hələ onun ölümünü təsdiqləməlidir. Onlar əlavə məlumat paylaşmağı rədd edib.

Birləşmiş Ştatlar Həmzə bin Ladenin öldürülməsinə və ya ələ keçirilməsinə gətirib çıxaracaq hər hansı məlumat üçün 1 milyon dollar dəyərində mükafat təklif edirdi. Həmzə Əl-Qaidə 2011-ci ilin sentyabrın 11-də Nyu Yorkda Dünya Ticarət Mərkəzi və Pentaqona qarşı terror hücumu edərkən atasının yanında idi.

Üsamə bin Ladenin Pakistandakı Abbottad kompleksində aşkar edilən məktublara əsasən, Həmzə bin Laden uşaq yaşlarından bir gün atasının terror qrupunun başına keçmək üçün yetişdirilib.

Həmzə bin Ladenin son illərdə Əl Qaidə daxilindəki nüfuzu artıb. O, terror qrupunun dəstəkçilərinə ilk dəfə olaraq 2015-ci ilə aid səs yazısında Əl-Qaidənin hazırkı lideri Ayman ƏL-Zəvahiri tərəfindən təqdim olunub.

Birləşmiş Ştatlar ilk dəfə Həmzə bin Ladeni Xüsusi Təyin Olunmuş Qlobal Terrorçu kimi 2017-ci ilin yanvar ayında müəyyən edib.