Ümid Şükri: ABŞ-ın Xəzər regionunda siyasətində enerjinin aktiv rol oynayacağını gözləyə bilərik

Your browser doesn’t support HTML5

Birləşmiş Ştatlarda bu yaxınlarda nəşr edilmiş “ABŞ-ın Xəzər hövzəsində enerji diplomatiyası – 2001-ci ildən bəri dəyişən dinamikalar” kitabının müəllifi, enerji diplomatiyası və təhlükəsizliyi üzrə ekspert Ümid Şükri Amerikanın Səsinə müsahibədə ABŞ-ın keçmiş üç administrasiyası və hazırkı Bayden administrasiyasının Xəzər regionunda enerji siyasətinin əsas prioritetləri və ABŞ və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq haqda danışıb.