"Özünyarat" platforması

Your browser doesn’t support HTML5

“Özün Yarat” platforması – Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təsis etdiyi platformadır. Platforma - daha çox insanı gündəlik həyatda tullantı hesab etdikləri əşyaları yenidən düzəldərək istifadəyə həvəsləndirmək məqsədi daşıyır. Yeni yaradılan platformanın daha çox insana çatması üçün müsabiqə keçirilib. Bu müsabiqədə iştirak edən şəxslər yenidən istifadə üçün hazırladıqları əşyaları layihə şəklində nümayiş etdiriblər və 7 kateqoriya üzrə 9 layihə mükafat qazanıb. Ən yaxşı layihələr 3000, 2000 və 1000 manat məbləğində mükafatlandırılıb.