Müstəqil jurnalist Beynəlxalq Xoşbəxtlik Günü insanların bayram əhval-ruhiyyəsindən danışıb
Bu gün martın 20-si Azərbaycanda Novruz Bayramı olmaqla yanaşı, həm də Beynəlxalq Xoşbəxtlik Günüdür. Azərbaycanda insanların xoşbəxtlik səviyyəsi barədə Amerikanın Səsinə müsahibə verən müstəqil jurnalist Çingiz Sultansoy bildirib ki, ədalətsizliyin hökm sürdüyü cəmiyyətdə xoşbəxtlikdən danışmaq olmaz: “Gənc xanımlar var ki, yoldaşları heç bir günahsız həbsdədir. Türkan Hüseynova var, onun yoldaşı Rəşadət Axundon N!DA-çılarla birlikdə həbsdədir. Məsələn, Vəfa xanımdır. Tanınmış seçki mütəxəssisi Anar Məmmədlinin xanımı. Onlar bu bayram ovqatında necə xoşbəxt ola bilərlər? Gənc yoldaşları heç bir cinayət etmədən həbs ediliblər?”.
Vətəndaş cəmiyyətindən kənarda da oxşar vəziyyətin yaşandığını deyən cənab Sultansoy sadə vətəndaşların həyatından bəzi misallar gətirib. Onun sözlərinə görə, səhiyyə, təhsildəki vəziyyət, əmək haqqınnı az olması kimi səbəblər insanların xoşbəxtliyinin qarşısını alan amillərdəndir. “Xoşbəxtlik bir yana, bunlar insanın can rahatçılığını da əlindən alır” – deyə cənab Sultansoy bildirib.
Buna baxmayaraq, jurnalist hesab edir ki, Azərbaycanda insanlarda bayram əhval-ruhiyyəsi yüksəkdir. O, bunu da xoşbəxtlik indeksinin az olması ilə əlaqələndirir: “İnsanın xislətində var ki, məhrumiyyətlərə, dərdlərə, problemlərə baxmadan sevinc axtarsın. İlk dəfə bunu Qalatasaray futbol klubu Avropa Kubokunu qazananda görmüşdüm. Azərbaycanlılar çox sevinirdilər. İnsanların sevinməyinin səbəbi nə idi? İnsanlar dərd içində olanda da sevinc axtarır. Ona görə də Qalatasarayın qələbəsinə bu dərəcədə sevinirdilər. Eləcə də, insanlar istənilən bayram gələndə sevinmək istəyir və sevinirlər” – deyə Çingiz Sultansoy Amerikanın Səsinə müsahibəsində bildirib.
Your browser doesn’t support HTML5