ABŞ Müdafiə Naziri Çinə səfər edib

ABŞ Müdafiə Naziri Cim Mattis Cənubi Çin dənizi mövzusunda gərginliyə baxmayaraq münasibətləri yaxşılaşdırmaq məqsədi ilə çinli həmkarı il Çində görüşüb.

Görüşdə Mattis Çinin Müdafiə Naziri Vei Fenqe ilə yaxşı hərbi münasibətlərin vacibliyindən danışıb.

“Hərbi münasibətlər ölkələrimiz arasında sərhəd münasibətləri üçün vacibdi, və sizin dediyiniz kimi biz bu gün artıq tam açıq və səmimi dialoqa start vermişik” deyə Cim Mattis bildirib.

Pekinin Prezident Donald Trampın Çin məhsullarına böyük tariflər tətbiq etmə qərarına qəzəbi Mattisin səfərini kölgə altına alıb. Bu qərar Çinin ABŞ məhsullarına cərimə tətbiq etməsi ilə nəticələnib. Pekinin Cənubi Çin dənizində artmaqda olan hərbi mövcudluğu iki qüdrətli ölkə arasında münasibətləri sınağa çəkir.

Mattis Çininin qarşıdan gələn çoxmillətli Sakit okean hərbi dəniz təlimlərində iştirak etmək dəvətindən imtina edib. Lakin çərşənbə günü Müdafiə Nazirliyi Vein Pentaqona dəvətinin zamanını uzadıb.