Uhanda ilk dəfə yeni koronavirus halı qeydə alınmayıb

Koronavirus pandemiyasının mərkəzi olan Çin şəhəri cümə axşamı ilk dəfə virusa yoluxma halının olmadığlnı bildirib.

Uhan rəsmiləri virusun yayılmasının qarşısını almaq məqsədilə şəhəri iki ay karantinə aldıqları üçün son həftələrdə yeni yoluxmaların sayı azalır.

Buna baxmayaraq, Çinin digər bir yerindı səhiyyə işçiləri cümə axşamı başqa ölkələrdən gələn insanlar arasında 34 yoluxma halınn aşkar edildiyini bildirib ki, bu da yoluxmanın qarşısının alınmasında əhəmiyyətli tərəqqi əldə edən ölkədə narahatlığın davam etməsinə səbəb olub.

Çin dekabr ayının sonlarından, koronavirus epidemiyası ortaya çıxandan bəri bu xəstəliyin ən güclü təsirinə məruz qalan ölkə olub. Orada təxminən 81000 yoluxma halı, 3200 ölüm hadisəsi qeydə alınıb. Xəstələnən insanların əksəriyyəti müalicə olunub.

Ümumdünya Səhiyyə Təşkilatı koronavirus pandemiyasının yeni episentrinin artıq Çin deyil, Avropa olduğunu deyib.