Çexiya koronavirusa görə fövqəladə vəziyyət elan edib

Your browser doesn’t support HTML5

Çexiya koronavirusa görə ölkə sərhədlərini bağlayıb. Həftə ərzində virusa yoluxan insanların sayının 200-ü keçməsi nəticəsində martın 12-də ölkədə 30 günlük fövqəladə vəziyyət elan olunub. Çin, İtaliya, Fransa, İran, Cənubi Koreya kimi pandemiyanın daha çox yayıldığı 12 ölkənin vətəndaşlarının Çexiyaya girişi qadağan edilib. İctimai tədbirlər, yığıncaqlar təxirə salınıb, kafe, restoran və digər ictimai obyektlər bağlanıb.