Çernobil fəlakətindən 28 il ötür [Video]

Your browser doesn’t support HTML5

Rusiya və Ukrayna arasında gərginliklərin artdığı bir vaxt dünyanın ən faciəvi nüvə fəlakətinin baş verdiyi Çernobılda təmizlik işləri çətin duruma düşüb.

Ukraynanın Belarusla sərhəd şimal bölgəsində dünyanın ən böyük daşına bilən tikintisi aparılır. 250 metr eni olan arka 1986-cı ildə Cernobıl reaktorundakı partlayışdan sonra yaranan 200 metrlik viranəliyin üstünü örtməlidir.

Sürücümüz bu yerə 500 dəfə səfər edib, hər səfər 15 dəqiqədən artıq sürməyib. Onun sayğacı dağılmaq təhlükəsi altında olan bu obyektin məhdud effektivliyini göstərir. “Bu Atom Stansiyasının əsl perimetrlərini göstərir. Radiasiya yerdən, torpaqdan deyil, dağılmış obyektin özündən çıxır.”

Reaktor partladıqda tonlarla radiaktiv maddə havaya yayılmışdı. Radiasiya dumanı o zaman Sovet İttifaqının tərkibində olan Ukrayna və Belarusu bürümüşdü. Lakin sovet hökuməti həyəcan təbili çalmaqdan imtina etmişdi. İsveç alimləri ilk dəfə fəlakət barədə dünya ictimaiyyətini məlumatlandırmışdı.

Fermer Ivan Semenyukun dediyinə görə, sovet rəsmiləri kəndlilərə evlərinə qayıtmayacaqlarını bildirsəydi, panika yaranardı. Bəlkə də bu bölgədə yaşayan 120 min insan evlərini tərk etməzdi. “Onlar bizi aldatdılar. Mən gedərkən özümlə 20 kartof və qazan götürmüşdüm.Nasaz maşınımla buranı tərk etmişdim.”

Semenyuk və onun xanımı qeyri-qanuni şəkildə hadisə baş verən yerdən cəmi 12 km-lik məsafədə toyuq və donuz yetişdirir.

Partlayış zonasının ətrafındakı 30 kv metrlik ərazi hələ də xarabalıqdır. Bura təmizlik aparan işçilər və ayda 15 gün olmaqla bəzi rəsmilərdən başqa hamıya bağlıdır.

Ukraynanın kommunist rəhbəri, daha sonra müstəqil Ukraynanın birinci prezidenti partlayışdan iki gün sonra hadisə yerinə baş çəkmişdi. “Ukrayna ziyalıları, alimləri və siyasətçiləri Moskvanın heç vaxt doğrunu söyləmədiyini bildirdi. Moskva həmişə Ukraynanı baş barmağı altında saxlamağa çalışıb. ”

Rusiyanın Krımı ilhaqı vaxtı, hadisədən 28 il sonra Ukraynanın düşmənçilik şübhələri özünü doğrultmağa başlayıb.

Ukrayna rəsmiləri bildirir ki, Rusiyanın Böyük Səkkizliyin tərkibindən çıxarılması Çernobıl xarabalığının təmizlənməsi üçün vəsait toplanmasna yol açıb. Ukrayna üçün yüz milyonlarla dollarlıq vəsait toplanıb.
Qanunverici Valerii Kalchenko. “Rusiya indi bizi inşaatda öz başımıza qoyacaq. Öhdəsinə götürdüyü xərcləri nə zaman ödəyəcəyi bəlli deyil.”


Avropanın Yenidənqurma və İnkişaf bankı, məsələdən narahat olan ölkələrin təmsilçiləri aprel ayının 4-də Londonda yığıncaq keçirib, atım stansiyasına əlavə vəsait ayrılması məsələsini müzakirə edib .

Xəbərdarlıq vaxtı isə başa çatmaqdadır. Belə ki, daha bir Çernobıl fəlakəti baş verə bilər.

Arkanın inşası başa çatdırılsa belə, təhlikəli iş hələ də başa çatmamış olacaq. İşlənmiş yanacaq və yüksək radiaktiv materialların çıxarılması on illər və milyardlarla dollar tələb edir. Bu isə Ukraynanın çiyinlərinə düşən ağır bir yükdür.