"Çalışıram rəsmlərimdə millilik olsun"
Your browser doesn’t support HTML5
Taryel Əhmədov 6 yaşından rəssamlıqla məşğul olur. Rəsmləri daha çox fotorealizm üslübundadır. Taryel Əhmədovun dediyinə görə, o rəsmlərinə milli motivləri qatmağı özünə əsas sayır. O, işinə o qədər vurğundur ki, günün 10 saatına yaxın emalatxanada keçirir. Evdə olanda isə emalatxanaya getmək üçün səhərin açılmasını gözləyir.