İranda yaşı 14-dən aşağı uşaq nikahının ən çox qeyd edildiyi vilayətlərin müvafiq olaraq Zəncan, Şərqi Azərbaucan və Şimali Xorasan vilayətləri olduğu bildirilir.
Bu haqda məlumat verən rəsmi dövlət agentliyi İRNA-ya istinadən, ölkədə hər il təqribən yaşı 14-dən aşağı 40,000 uşaq evliliyi qeydiyyata alınır.
Qeyri-hökümət təşkilatları qeyri-rəsmi və qeydiyyatdan keçməyən erkən yaşda nikah sayının rəsmi rəqəmlərdən qat-qat çox olduğunu önə çəkirlər.
Zəncan valisinin müavini Məsihullah Sultani İranda ən çox uşaq nikahının Zəncan vilayətində qeydə alındığını təsdiq edib.
Sultaninin bildirdiyinə görə, Zəncanda yaşı 14-dən aşağı 1400 uşaq nikahı həyata keçirilib.
SEE ALSO: Ruzbeh Səadəti: Erkən nikah probleminə qarşı birgə mübarizə aparmaq lazımdır [Audio-Müsahibə]Hüquq müdafiəçiləri İran İslam Respublikası qanunlarında kiçik yaşlarda evləndirilməyə icazə verilməsindən əlavə yoxsulluq, maarifləndirmənin olmaması və etnik ayrı-seçkilik kimi amillərin də erkən yaşda ərə verilən qızların sayının artmasına yol açdığını bildirirlər.