“Kapitalizmin 150 illik tarixində 12 ağır böhran baş verib, ikisi dünya müharibəsi ilə başa çatıb”, kommunist lider deyib
Rusiya Kommunist Partiyasının rəhbəri Gennadi Zyuqanov Azərbaycan-Rusiya əlaqələrinin inkişafından razılıdır. O, noyabrın 22-də Bakıda açılan Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyası zamanı jurnalistlərə bildirib.
"Məmnunam ki, Rusiya və Azərbaycanın əlaqələri möhkəmlənir. Bizim partiyamız həmişə dostluğu və xalqların qardaşlığını dəstəkləyir", Zyuqanov qeyd edib
Rusiya kommunistlərinin liderinin sözlərinə görə, bütün cənub boyu hərbi əməliyyatlar gedir və biz bu zolaqla sərhəddəyik.
“Təhlükəsizliyi və davamlı inkişafı təmin edərək öz ölkələrimizi, xalqlarımızı, sərhədlərimizi artıq baş verən böyük sarsıntılardan qoruyuruq. Biz bu kursu davam etdirməliyik və xatırlamalıyıq ki, dünyada rəqabət aparmaq üçün çiyinlərdə 300 milyonluq əhaliyə malik olmaq lazımdır. Yalnız Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Azərbaycan ittifaqda öz təhlükəsizliyini, öz bazarlarını, maraqlarını və elmi-texniki tərəqqini təmin edə bilər", o bildirib.
G.Zyuqanov deyib ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyası 200 ölkənin cəlb olunduğu dünya böhranının yeni dalğasının fonunda Bakıda keçirilir.
"Mövzu çox əhəmiyyətlidir. Bu gün Yaxın Şərqdə, Şimali Afrikada, Əfqanıstanda baş verənlərin fonunda sülh, təhlükəsizlik və barışıq. Fikrimcə, Bakıda ən mürəkkəb böhrandan necə çıxmaq barədə ciddi danışmaq lazımdır. Xatırlatmaq istəyirəm ki, kapitalizmin 150 illik tarixi ərzində12 ağır böhran baş verib. Onlardan son ikisi keçən əsrdə iki dünya müharibəsi ilə başa çatıb", kommunist lider qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan çox gözəl zəhmətsevən respublikadır, burada sülhün və müharibənin nə demək olduğunu gözəl bilirlər.
"Mən Bakı ilə məmnuniyyətlə tanış oldum, çoxdan burada olmağı arzu edirdim. Bakı çox gözəl şəhərdir, insanları maraqlı və zəhmətsevəndir. Ümid edirəm ki, Asiya ölkələrindən qonaqların Bakıya gəlişi sülh və əmin-amanlığın problemlərinin həllinə öz töhfəsini verəcək".
Rusiya Kommunist Partiyasının sədri Dağlıq Qarabağ münaqişəsindən də danışıb.
O APA agentliyinə deyib ki, Rusiya həmişə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olub.
“İstənilən müharibə, istənilən dava sülhlə qurtarır. Sülhə nail olmaq üçün bütün nüansları, iqtisadiyyatı, psixologiyanı, dünyadakı vəziyyəti, başqalarının təcrübəsini nəzərə almaq lazımdır. Lakin bu kimi forumlarda çətin şəraitlərdə optimal və düzgün həll yolunu necə tapmağı öyrənmək olar. Biz Qafqazda sülh olmasını, savadlı, hər iki tərəfi qane edən qərarların qəbul olunmasını istəyirik. Rusiya həmişə buna dəstək verib”, G.Zyuqanov bildirib.