Mark Zukerberq Konqres heyəti qarşısında ifadə verəcək

Facebook-un təsisçisi Mark Zukerberq bir neçə gün sonra sosial media kampaniyasını sarsıdan şəxsi məlumatların qorunması qalmaqalı ilə bağlı Konqres heyəti qarşısında ifadə verəcək.

Aprelin 11-i Zukerberq Nümayəndələr Palatasının Enerji və Ticarət Komitəsi qarşısında verəcəyi ifadəsində on milyonlarla Facebook istifadəçisinin ABŞ seçkilərinə təsir etmək üçün istifadə edilə biləcək məlumatlar əldə edən Cambridge Analytica adlı Britaniya konsaltinq şirkəti barədə danışacaq.

Bu şirkət 2016-cı il prezident sekilərində ABŞ prezidenti Donald Trampın kampaniyası ilə müqavilə imzalayıb və kampaniya şirkətə 6 milyon dollar pul ödəyib.

Komitənin sədri bildirib ki, onlar dinləmələr nəticəsində alıcıların şəxsi məlumatlarının qorunması məsələsinə aydınlıq gətirməyə və amerikalılara onların şəxsi məlumatlarının internetdə necə istifadə edildiyini daha aydın başa düşmələrinə kömək edəcəyinə ümid edir.