İstintaq Nigar Yaqublunun həbsi üçün əsaslar olduğunu bildirir. Ziyalılar Forumu isə bildirir ki, Nigar Yaqublunun həbsi Azərbaycan əxlaqında çox təhlükəli bir presedentin təməlini qoyur
Azərbaycan Ziyalılar Forumu gənc fəal, Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Nigar Tofiq qızı Yaqublunun həbsindən dərin narahatlıq keçirir və bu həbsi qətiyyətlə pisləyir.
Ziyalılar Forumunun bəyanatında deyilir ki, Forum hər kəsin qanun qarşısında bərabər olduğunu və siyasi mövqeyindən, sosial statusundan asılı olmayaraq hər bir vətəndaşın törətdiyi əmələ görə adekvat məsuliyyət daşımalı olduğunu bildirir.
“Nigar Yaqublunun barəsində seçilmiş həbs qətimkan tədbiri analoji qəzalara görə Azərbaycan praktikasında bu günədək rast gəlinməyən bir hadisə olmaqla həbsin siyasi motivləri ilə bağlı şübhələri doğruldur. Nigarın gənc bir xanım olması, cəmiyyət üçün ictimai təhlükə törətməməsi, istintaqa təsir imkanının olmaması, əvvəllər məhkum olunmaması, iş üzrə şikayətçinin olmaması, Nigarın özünün də qəza nəticəsində ciddi fiziki, psixoloji zədə alması və müalicəyə ehtiyacı olması fonunda həbs qətimkan tədbirinin seçilməsi, ictimaiyyətin, ziyalıların, millət vəkillərinin seçilmiş həbs qəti-imkan tədbirinin dəyişdirilməsi ilə bağlı müraciətlərinin nəzərə alınmaması, eləcə də daha ağır nəticələrə səbəb olan digər analoji hadisələr zamanı belə istintaq tədbirlərinin görülməməsi tərəfimizdən təkcə Nigar Yaqubluya qarşı deyil, fəal, azadfikirli gəncliyə qarşı ədalətsizlik və siyasi təzyiq kimi qiymətləndirilir”, - bəyanatda deyilir.
Ziyalılar Forumu hesab edir ki, məsələnin ən təhlükəli tərəfi isə bu hadisənin mənəvi-psixoloji yönü ilə bağlıdır.
“Nigar Yaqublunun həbsi Azərbaycan əxlaqında, o cümlədən siyasi əxlaqında müqəddəs olan ailə, övlad, qadın mövzusunda tabuların aradan götürülməsinə yol açmaqla, çox təhlükəli bir presedentin təməlini qoyur. Bu isə keçilməz sərhəddin açılması ilə cəmiyyətdə gerçək dialoqun başlanmasına təcili ehtiyac duyulduğu bir zamanda, siyasi qütblər arasında uçurumun dərinləşməsinə, cəmiyyətdaxili münasibətlərin radikallaşmasına rəvac verir”, - sənəddə qeyd olunur.
Nigar Yaqublu sentyabrın 11-də tutulub. Abşeron Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də baş verib. İstintaq Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyini və qəzanın onun təqsiri üzündən baş verdiyini iddiasını irəli sürüb.