“Baharın başlanması ilə təbiət, bitkilər və heyvanlar oyanır və bolluq gəlir. Etnosentrizm və ifrat və korluq gətirən millətçilik kənara qoyulsa, Novruz millətləri bir-birinə yaxınlaşdırmaq üçün ən yaxşı bayramdır,” deyə Ziya Sədrül Əşrafi Novruz bayramının onu qeyd edən toplumları bir-birinə yaxınlaşdıra biləcəyini qeyd edir. Təbrizli alim və tarix araşdırmaçısı Amerikanın Səsi ilə söhbətdə Novruz bayramının mahiyyəti və tarixi köklərini dəyərləndirib.
Your browser doesn’t support HTML5
Cənab Sədrül Əşrafi həmçinin Novruz bayramının İran Azərbaycanında necə adlandırılmasını şərh edir:
“Bayram deyərik türkcədə. Azərbaycanda bayram sadəcə Novruza deyirlər. Amma, ardında bir ək gəlsə, bunun mənası olar misal üçün Orucluq Bayramı, Qurban Bayramı, xanımlar ya qadınlar bayramı kimi. Amma bayram deyəndə, sadəcə Novruzdur.”
Parisdə yerləşən Sorbonne Universitetində ali təhsil almış yazar fransız mənbələrə işarə edərək Novruz bayramının müxtəlif türk toplumlar arasında qədim tarixə malik olduğunu deyir.
O, habelə tarixdə daha dəqiq bir təqvimin əldə edilməsi istiqamətində fəaliyyətləri şərh edərək Novruz Bayramının dəqiq zamanının Səlcuqlu Sultan Cəlalüddövlə Məlikşah dövründə dəqiqləşdirilmiş Cəlali Təqvimi əsasında müəyyənləşdirildiyini bildirir.
Bayram deyərik türkcədə. Azərbaycanda bayram sadəcə Novruza deyirlər. Amma, ardında bir ək gəlsə, bunun mənası olar misal üçün Qrucluq Bayramı, Qurban Bayramı, xanımlar ya qadınlar bayramı kimi. Ama bayram deyəndə sadəcə Novruzdur.Ziya Sədrül Əşrafi
Ziya Sədrül Əşrafi Novruz Bayramının onu qeyd edən bütün millətlər və toplumlara məxsus olduğunu vurğulayır.
“Baharın başlanması ilə təbiət, bitkilər və heyvanlar oyanır və bolluq gəlir. Etnosentrizm və ifrat və korluq gətirən millətçilik kənara qoyulsa, Novruz millətləri bir-birinə yaxınlaşdırmaq üçün ən yaxşı bayramdır. Bunu tapan Şumerlər tarixdə itib gediblər. Amma, Novruz o fərdin və o xalqın, o millətindir ki onu dəyərləndirir və istəyir onunla şadlıq etsin... Novruzumuz gələndə bir-birimizə yaxınlaşaq, bundan məhəbbət vəsiləsi, insanlıq vəsiləsi kimi istifadə edək, mənimkidir səninkidir şəklində deyil. Axı Novruz təbii bir fenomendir və hamınındır. Hər kəs ki, onu dəyərləndirir, bayram onundur,” o, qeyd edir.