Robert Muqabe istefa verməyə çağırılır

Zimbabvelilər gözlənilməz siyasi böhranın tez və sakit həll ediləcəyinə ümid bəsləyir. Müxalifətçilər, vətəndaş cəmiyyəti və dini qruplar prezident Robert Muqabeni istefa verməyə çağırıb.

Muqabenin müqavimət göstərdiyi xəbər verilir. Cənubi Afrika prezidenti Ceykob Zuma parlamanet qarşısında etdiyi çıxışında qəti bir qərar verilməsi üçün çox erkən olduğunu deyib.

Robert Muqabe

​Bəzi aparıcı müxalif fiqurlar gələn il keçiriləcək seçkilərdən öncə müvəqqəti hökumət yaradılması təklifi ilə çıxış edib.

Muqabe çərşənbə axşamından bəri ev dustaqlığındadır.

Ölkədəki dəyişikliklər Muqabenin bu ayın əvvəlində vitse-prezident Emmerson Mnanqaqvanı vəzifəsindən kənarlaşdırması və ölkənin birinci xanımını onun yerinə təyin edəcəyini planlaşdırmasından sonra baş verməyə başlayıb.