Zəlzələdən 8 gün sonra sağ çıxarıldılar

Nepalda irimiqyaslı dağıntılara səbəb olan 7.8 bal gücündə zəlzələdən 8 gün sonra 3 nəfər öz evlərinin dağıntıları altında sağ çıxarılıblar.

Nepal rəsmiləri deyir ki, ordu və polis paytaxt Katmandunun şimal-qərbindəki Sİndhupalçouk rayonunda iki kişi və bir qadını xilas edə bilib. Ancaq rəsmilər dağıntılar altından daha çox sağ qalanlarının çıxarılacağına ümidlərin azaldığını deyir.

Nepalın Daxili İşlər Nazirliyinin məlumatına görə, öldüyü təsdiq edilənlərin sayı 7000-i keçib.

Mini avropalı olmaqla minlərlə insanın hələ də axtarışlarının davam etdiyi bildirilir.

Zəlzələdən zərərçəkənlər isə hökuməti və yardım qruplarını ərzaq, su və başqa yardım təchizatlarının çatdırılmasında cəld addım atmağa çağırır.