Bu il avqustun 11-də İranın Şərqi Azərbaycan vilayətində baş vermiş zəlzələ nəticəsində 306 nəfər ölüb, 3037 nəfər yaralanıb
İran prezidenti Mahmud Əhmədinejad dekabrda yenidən ölkənin Şərqi Azərbaycan vilayətinin zəlzələ bölgəsinə səfər edəcək.
APA agentliyinin məlumatına görə, bu barədə İranın yollar və şəhərsalma naziri Əli Nikzad Vərzigan şəhərində zəlzələdən zərər çəkənlərlə görüşündə bildirib.
Onun sözlərinə görə, səfərdə məqsəd zəlzələ bölgəsində görülən yenidənqurma işləri ilə tanış olmaqdır. Ə.Nikzad deyib ki, İran prezidenti zəlzələdən zərər çəkənlərə yardımların təmin edilməsini daim nəzarətdə saxlayır.
Qeyd edək ki, bu il avqustun 11-də İranın Şərqi Azərbaycan vilayətində 6,2 bal gücündə zəlzələ baş verib. Nəticədə 306 nəfər ölüb, 3037 nəfər yaralanıb. Bundan başqa, noyabrın 7-də 57 nəfərin xəsarət alması ilə nəticələnmiş 5,2 bal gücündə yeni zəlzələ baş verib. Eyni zamanda noyabrın 16-da 10 nəfərin xəsarət alması ilə nəticələnmiş 4,9 bal gücündə növbəti zəlzələ olub.