Saatlıda zəlzələ olub

Zəlzələ

Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3-4 baladək hiss olunub.

İyulun 20-də Saatlı rayonu ərazisində 4,4 bal gücündə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 10:22:35-də qeydə alınıb.

Ocağı 54 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3-4 baladək hiss olunub.

Dağıntı və insan tələfatı barədə məlumat verimir.