Rusiyanın işğalına başlamasından altı ay sonra Ukraynanın Müstəqillik Günü qeyd etdiyi bir vaxt prezident Volodimir Zelenski çərşənbə günü deyib ki, ukraynalıları “taleyimiz üçün mübarizə aparırlar”.
Kyivin Müstəqillik Meydanından video müraciət edən Zelenski ukraynanıların öz torpaqları uğrunda “sona qədər” mübarizə aparılacağı və bir vaxtlar müharibənin sülh nəticəsində başa çatacağı deyilsə də, indi Ukraynanın qələbə istədiyini deyib.
“Və biz əlimizi yalnız bir dəfə qaldıracağıq və o zaman qələbəmizi qeyd edəcəyik - bütün Ukrayna. Çünki biz torpaqlarımız və xalqımızla alver etmirik. Bizim üçün Ukrayna bütün Ukraynadır. 25 regionun hamısı, heç bir güzəşt və kompromis olmadan” - deyə, Zelenski bildirib.
Zelenski Ukraynanın Şərqi Donbas regionu, eləcə də Krım üzərində nəzarəti bərpa edəcəyini bildirib.
Rusiya qüvvələri Ukraynanın paytaxtı Kyivə doğru ilk hücumunda uğursuzluğa düçar olduqdan sonra diqqətlərini Donbasa yönəldib. Rusiyanın dəstəklədiyi separatçılar 2014-cü ildən bəri Donbasda Ukrayna qüvvələri ilə döyüşür. Elə həmin il Rusiya beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan Krımı ilhaq etdi.
“Əsgərlərinizin ölməsini istəmirsiniz? Torpaqlarımızı azad edin. Analarınızın ağlamasını istəmirsiniz? Torpaqlarımızı azad edin. Bunlar bizim sadə və aydın şərtlərimizdir” deyib Zelenski.
Kyivdə Müstəqillik Gününün qeyd edilməsinə qadağan edilib. Ukrayna liderlərinin və ABŞ-ın Rusiyanın Ukraynadakı mülki infrastruktura və dövlət obyektlərinə zərbələr endirmək səylərinin artacağı barədə xəbərdarlıqlar ediblər.
ABŞ rəsmilərinin çərşənbə günü Ukrayna qüvvələrinin gələcək təlim və təchizatı üçün əlavə 3 milyard dollarlıq yeni yardım elan edib.