Rusiyanın Ukraynaya hərbi müdaxiləsində son baş verənlər:
- NATO baş katibi Yens Stoltenberq cümə günü deyib ki, ittifaq liderləri gələn həftə Vılnüsda keçiriləcək sammitdə Ukrayna hərbi alyansın bir üzvü olacacağı bir daha təsdiqləyəcəklər və Kyivi bu məqsədə yaxınlaşdırmaq üçün birlik olacaqlar.
- Britaniya xarici işlər naziri Ceyms Kleverli cümə günü deyib ki, Rusiya Zaporijye atom elektrik stansiyasının təhlükəsizliyini daha çox təhlükə altına atmamalıdır.
- Prezident Co Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan cümə günü deyib ki, Rusiyada saxlanılan Evan Gerşkoviç və Pol Uilanın necə evlərinə qaytaracaqlarına dəqiq cavab yoxdur.
- Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. İki lider Ukrayna taxılının Qara dəniz vasitəsilə təhlükəsiz ixracına imkan verən taxıl sövdələşməsinin mümkün uzadılmasını müzakirə ediblər. Rusiyanın iyulun 17-də müddəti bitdikdən sonra onu uzatmamaqla hədələyib.
Ukrayna Prezidenti Volodimir Zelenski şənbə günü, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 500-cü günündə, etdiyi müraciətində əsgərlərə təşəkkür edib.
“Əsgərlərimizin hər biri… Bizim Silahlı Qüvvələrimiz, Milli Qvardiya, bizim sərhədçilərimiz, Ukrayna Təhlükəsizlik Xidməti, Milli Polis, vasitəçi zabitlərimiz, xalqımız…Sizə təşəkkür edirəm! Ukrayna üçün döyüşən hər kəsə təşəkkür edirəm…Biz mütləq qalib gələcəyik,” o deyib.
Zelenski müraciətini Zmeynıy (İlan) adasında edib. Orada, Rusiyanın hərbi müdaxiləsinin ilk günlərində adanı müdafiə edən əsgərlər Rusiyanın təslim olmaq əmrinə verdikləri cavabla tanınmışdılar. Rusiya daha sonra adanı ələ keçirsə də, Ukrayna onu geri alıb.
Birləşmiş Ştatlar cümə günü Ukraynanı kaset bombaları ilə təmin edəcəyini elan edib. Bu arada isə NATO lideri deyib ki, hərbi alyans hələn həftə sammitdə Ukraynanı ittifaqa qoşulmağa yaxınlaşdırmaq üçün birlik olacaq.
Baş katib Yens Stoltenberq cümə günü Brüsseldə müxbirlərə deyib ki, gələn həftə Litvanın paytaxtı Vilnüsda bir araya gələn NATO üzvləri Ukraynanın alyans üzvü olmaq hədəflərini bir daha təkrarlayacaqlar. Ancaq üzvlüklə bağlı danışıqların müharibədən sonra aparılacağı gözlənilir.
Ukraynanın alyansa nə zaman və necə qoşulacağı ilə bağlı suala cavab olaraq Stoltenberq deyib ki, “hazırda ən vacib şey Ukraynanın” Rusiyaya qarşı mübarizəsində “qalib gəlməsini təmin etməkdir.”
Vaşinqtonda ABŞ Prezidenti Co Baydenin ABŞ-ın Ukraynaya kaset bombaları göndərməsini müdafiə edərək, bunu “çətin qərar adlandırıb.”
“Mənim bunu etməyə razı gəlməyim bir az vaxt aldı,” Bayden CNN-ə müsahibəsində deyib.
O deyib ki, kaset bombaları Ukraynaya “Rusiya tanklarının irəliləməsinin qarşısını almağa” yardım edəcək.
Hərbi yardım 800 milyon dollarlıq təhlükəsizlik paketinin bir hissəsidir və bununla da ABŞ-ın Rusiyanın 2022-ci ilin fevralında başlatdığı hərbi müdaxilədən bəri Ukraynaya ümumi hərbi yardımı 40 milyard dolları ötür.
Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan cümə günü Baydenin dediklərini təkrarlayaraq bildirib ki, kaset bomabları vermək qərarı nə ABŞ nə da Ukrayna üçün asan olmayıb. O deyib ki, Ukrayna bu sursatlardan son dərəcə ehtiyatla istifadə edəcəyinə dair zəmanətlər verib, çünki onların Ukrayna vətəndaşlarına risk törətdyini bilir.
“Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik. Biz təhlükəsizlik yardımı ilə bağlı qərarlarımızı Ukraynanın yerdəki ehtiyaclarına görə əsaslandırırıq,” Sallivan deyib və əlavə edib ki, Rusiya qoşunları və tankları Ukrayna mövqelərinə doğru irəliləsə, bunun mülki vətəndaşlar üçün fəsadları ola bilər.
Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova cümə günü Amerikanın Səsinin Ukrayna xidmətinə müsahibəsində deyib ki, ABŞ-ın təmin etdiyi kaset bombaları “insanların bəhs etdiyi tipik kaset bombalarından daha keyfiyyətli və təhlükəsizdir.” O bildirib ki, kaset bombaları “bizə ərazilrəimizi daha tez azad etməyə yardım edəcək.”
Baydenin bu qərarı ABŞ-ın Baydenin qərarı uğursuzluq dərəcəsi 1%-dən çox olan kaset bombalarının istehsalını, istifadəsini və ya ötürülməsini qadağan edən ABŞ qanununu yan keçir. Belə ki, o, döyüş sursatlarını Xarici Yardım Aktı çərçivəsində mövcud müdafiə ehtiyatlarından göndərir. Bu akt Baydenə, silah ixracı məhdudiyyətlərinə baxmayaraq, belə bir yardımın ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun olduğunu hesab etdiyi halda yardımı etməyə icazə verir.
Bu addım Kyivin səngərlənmiş Rusiya qoşunlarına qarşı əks-hücumunun gözlənildiyindən daha ləng irəliləməsi və Kyivin Qərbin artilleriya ehtiyatlarını azaltması bağlı narahatlıqlar fonunda atılıb. Ancaq Pentaqonun siyasət üzrə baş müşaviri Kolin Kahl jurnalistlərə bildirib ki, Kyivin döyüş meydanındakı irəliləyişləri barədə nəticə çıxarmaq hələ tezdir və o, əlavə edib ki, Rusiya səngər qazmaqda “bəlkə də düşünüldüyündən” daha uğurlu olub.
Kaset bombalarını qadağan edən Kaset Bombaları Konvensiyasına 100-dən çox ölkə qoşulub. Birləşmiş Ştatlar, Rusiya və Ukrayna onlar arasında deyil. Rusiya və Ukraynanın bir-birilərinə qarşı bu silahlardan istifadə etdikləri deyilir.
BMT-nin sözçüsü Fərhan Haq cümə günü deyib ki, BMT-nin baş katibi Antonio Quterreş kaset bombalarından istifadənin əleyhinədir. Bundan əlavə Kaset Bombaları Konvensiyasının üzvü və ABŞ müttəfiqi Almaniya da bu addıma qarşı çıxdığını ifadə edib.
Human Right Watch təşkilatı da Birləşmiş Ştatları Ukraynaya kaset bombaları göndərməməyə çağırıb və Rusiya və Ukraynanı kaset silahlarından istifadəni “dərhal dayandırmağa” çağırıb.
Ukrayna kaset bomablarını səngərlənmiş Rusiya əsgərlərinə qarşı istifadə etmək üçün istəyib.