Ukrayna prezidenti Vladimir Zelenskiy ölkə başçısı kimi ilk səfərini Brüsselə edərək, NATO liderləri ilə görüşəcək.
Zelenskiy iyunun 4-də NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşməli, alyansın qərargahında NATO-Ukrayna komissiyasının iclasına qatılmalıdır.
Ukrayna prezidentinin ölkənin şərqindəki təhlükəsizlik durumunu, “müharibəni bitirməkdən ötrü beynəlxalq cəhdləri gücləndirməyin yollarını müzakirə edəcəyi” bildirilir, onun idarəsi bu haqda məlumat yayıb.
Sözçüsü Yulia Mendel deyib ki, o, səfəri zamanı Ukraynanın “Avropaya və Avro-Atlantik inteqrasiyaya doğru kursunu” bir daha təsdiqləyəcək.
NATO-Ukrayna komissiyası Kiyevlə alyans arasında əməkdaşlığın əsas formatıdır.
Zelenskiy iyunun 5-də Avropa Şurasının prezidenti Donald Task, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və Polşa prezidenti ilə görüşməlidir.
Komediya ustası olan Zelenskiy Petro Poroşenkonu böyük səs fərqilə məğlub edtdikdəndən sonra mayın 20-də and içərək vəzifəsinə başlayıb.