Ukrayna prezidenti Vladimir Zelenskinin imzaladığı yeni sərəncamla Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilin adını Ukrayna vətəndaşlıqları ləğv edilmiş şəxslərin siyahısından çıxarıb. Müvafiq sərəncam Ukrayna prezidentinin veb səhifəsində dərc edilib.
Odessa vilayətinin sabiq rəhbəri Mixeil Saakaşvili Ukraynaya daxil olmaqla bağlı qadağının ləğv edilməsi üçün ərizə yazıb. Bu barədə o, Nastoyaşeye Vrema televiziya kanalının efirində bildirib.
O bildirib ki, Vladimir Zelenski ilə danışıqlar aparmayıb. “Mən onu şəxsən tanıyıram. Düşünürəm ki, o, Poroşenko və onun mafiyasının təsvir etmək istədiyi qədər də sadə insan deyil. O daima öyrənən çox ağıllı insandır. O, qeyri-adi, dərin insandır və Ukraynanı sevir. O həqiqətən yeni Ukrayna dövlətinin qurucu atası olmaq şansına malikdir.” – deyə, Saakaşvili bildirib.
Daha öncə Zelenski Saakaşviliyə müsbət yanaşdığını bildirərək, onun Gürcüstanda islahatlar apardığını və korrupsiyaya qalib gəldiyini deyib.
Saakaşvili 2015-ci ildə Ukrayna vətəndaşlığı alıb və Odessa vilayəti administrasiyasının rəhbəri olub. İki il sonra isə Poroşenko sərəncamla Saakaşvilini vətəndaşlıqdan məhrum edərək, ona 2021-ci ilə qədər Ukrayna ərazisinə daxil olmağa qadağa qoymuşdu.
2017-ci ilin sentryabr ayında Saakaşvili gömrük yoxlanışından keçmədən Ukrayna ərazisinə girməyə müvəffəq olur. O zaman Polşa sərhədindən keçmək üçün dəstəkçiləri ona yardım göstərmişdilər. Hökumət Saakaşvili həbs etmədi və o, bir neçə ay Ukraynada qalaraq, Poroşenkoya qarşı etiraz askiyaları təşkil etdi.