Reza Zərrabın vəkilləri onun zəmanətə buraxılması ilə bağlı məhkəməyə müraciət edib

Mart ayında ABŞ-ın İrana qarşı sanksiyalarına əməl edilməməsi ittihamı ilə həbs edilən İran əsilli türkün vəkilləri onun 50 milyon dollar qarşılığında zəmanətə buraxılması ilə bağlı məhkəməyə müraciət edib.

Müraciətdə Reza Zərrabın məhkəməsini ev dustaqlığı altında gözləməsi, daimi mühafizə altında saxlanması, Nyu-Yorkdakı evini yalnız həkim müayinəsi, vəkillərlə görüş və dini mərasimlərə görə tərk edə bilməsi tələb edilir.

Reza Zərrab

Vəkillər onun zorakılıq, seks, terrorizm və silahla bağlı nəzarət altına alınmadığını, günahının yalnız maliyyə cinayəti ilə bağlı olduğunu irəli sürüb.

Reza Zərrab və digər 3 şəxs İran hökuməti və biznesləri adından milyonlarla dollarlıq köçürmə əməliyyatlarında ittiham edilir.

Zərrabın xanımı Əbru Gündəş həyat yoldaşının qaçmaqla onun karyerası və münasibətlərinə xələl gətirməyəcəyini bildirib.

Tehranda anadan olan Zərrab həyatının çox hissəsini Türkiyədə keçirib. O, xanımı və 5 yaşlı qızı ilə Mayamiyə səfər edərkən nəzarət altına alınıb.
2012-ci ildən qızıl bisnesi ilə məşğul olan Zərrabın zəmanət vəsatətinə nə zaman baxılacağı bəlli deyil.

O və şərikləri 50 il müddətinə azadlıqdan məhrum edilə bilər.