1 Aprel zarafat günüdür

1 Aprel zarafat günüdür

Baharın gəlişi dünyada qayğısız zarafatların qeyd olunduğu bir vaxtdır.

Bəs, 1 Aprel zarafat günü dünyada haradameydana gəlib?

1 Aprel Zarafat günü

ABŞ-ın Bakıdakı səfirliyi yazır ki, zarafat gününün mənşəyi naməlumdur, lakin belə bir ehtimal var ki, 1582-ci ildə Fransada qriqoryan təqvimi qəbul ediləndən sonra qeyd olunmağa başlayıb.

Aprelin əvvəlində köhnə Yeni ili qeyd etməyə davam edənlər isə, yeni təqvimi qəbul edən müasirlər tərəfindən "ağılsız" adlandırılırdılar.

Fransada qeyd edilən bu aldatmaq şənliyi “Aprel balığı”mənasını daşıyan poisson d’avril kimi tanınırdı. Bu zarafat ənənəsi, kağızdan düzəldilən bir balığı dostunun belinə yapışdırmaqdan ibarətdir.