Mitinq Səfər Əbiyevin müdafiə naziri vəzifəsinə təyin olunmasının 18-ci ildönümündə keçirilməsi nəzərdə tutulurdu
“Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyi fevralın 5-də keçirəcəyi mitinqi təxirə salıb.
Birliyin sədri Yaşar Cəfərli deyib ki, ölkədə son günlər bir-birinin ardınca baş verən hadisələrdən (İsmayıllı, Göyçay aksiyaları, Müsavat başqanının Lənkərana səfərinin baş tutmaması və s.) sonra ölkədə yaranmış ictimai-siyasi gərginliyi nəzərə alaraq mitinq qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Mitinqin Səfər Əbiyevin müdafiə naziri vəzifəsinə təyin olunmasının 18-ci ildönümündə keçirilməsi nəzərdə tutulurdu.
Y. Cəfərli deyib ki, aksiya təxirə salınsa da müdafiə naziri Səfər Əbiyevin istefa tələbinə yönələn imzatoplama kampaniyası davam etdiriləcək.
Təşkilat mitinqdə aşağıdakı şüarları səsləndirməyi nəzərdə tuturdu: “Əsgər ölümlərinə yox!”, “Orduda korrupsiyaya və rüşvətxorluğa son qoyulsun!”, “Əsgərin payına göz dikənlər kor olsun!”, “Hərbçilərin və onların ailələrinin pozulmuş hüquqları bərpa olunsun!”, “Ehtiyatda olanlara da məzuniyyət pulları ödənilsin!”, “Maaşlar artırılsın!”, “Hərbçilərin hamısına mənzil verilsin!”, “Veteran pullarımızı mənimsəməyin!”, “3-cü qat əmək haqqımızı qaytarın!”, “Özbaşınalığa son qoyulsun!”, “Məhkəmə qətnamələri dərhal icra olunsun!”, “Ordu rəhbərliyi dəyişdirilsin!”, “Səfər Əbiyev istirahətə göndərilsin!”, “Nəcməddin Sadıqova azadlq!”, “Durğunluğa yox, islahatlara hə!, “Ordunu özününküləşdirənlərə ar olsun!”, “Vəzifə hərisləri rədd olsun!”, “Arsızlığa və məsuliyyətsizliyə son”, “Ordu və xalq yekdildir!”