Yəməndə baş verən müharibə çoxlu hərbi itkilərə səbəb olub. Silahlar və bombalar həyatlara son qoyur. Lakin aclıq yəmənlilər üçün başqa bir təhlükədir. Dünya Ərzaq Proqramı və Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı bildirir ki, Yəmən sakinlərinin 73,000-dən çoxu aclıqla üzləşir və 14 milyonu aclığın qarşısındadır. Yardım agentlikləri 5 yaşından kiçik 1.8 milyondan çox uşaqda ciddi qida çatışmazlığı probleminin olduğunu söyləyirlər. Münaqişə davam etdikcə vəziyyət daha da pisləşir.
Lina Ali Sanat Suhanın üç yaşı var. Lakin o yeni doğulmuş körpə boydadır. O və anası üç il əvvəl Taizdəki döyüşlərdən qaçaraq, Ədən yaxınlığında yerləşən qeyri-rəsmi qaçqın düşərgəsinə gəlib.
Lina ciddi qida çatışmazlığından əziyyət çəkir.
"Əvvəl o qusmağa başladı, sonra isə onun xəstəliyi kəskinləşdi.", Lina Suhanın anasi.
Nadia Əhməd Əli Beynəlxalq Xilasetmə Komitəsində işləyir və Lina kimi uşaqlara kömək edir.
"Müharibə nəticəsində Lina bura ilk dəfə qəbul edildikdə, onun işini mən qəbul etdim. Münaqişə səbəbiylə o, ciddi su çatışmazlığı yaşayıb. Ana və uşaq düzgün qidalanmayıb və onlar məcburi köçkün olduğu üçün bu hal davam edib.", Beynəlxalq Xilasetmə Komitəsindən Nadia Əhməd Əli deyir.
Yardım işçiləri də yoxsulluğun nəticələri ilə mübarizə etdiyini söyləyirlər.
"Çoxlu sayda qida çatışmazlığı halları aşkar etdik, lakin biz uşağı sağlam qidalandırıb evə göndərdikdən sonra onun yenidən buraya ac gəlməsi məyusedici haldır. Buna səbəb ailələrin maddi vəziyyətinin pis olması və təmiz içməli suya çıxış imkanının olmamasıdır.", Beynəlxalq Xilasetmə Komitəsindən Nadia Əhməd Əli deyir.
Qaçqınların əksəriyyəti təmiz su, pul və yaxud ərzaqdan məhrumdur.
Əbdülnəsir Nəsr düşərgədəki ərzaq mağazasının sahibidir.
"İnsanlar üçün onların yaşayışı baxımından qiymətlər indi çox bahalıdır. Boz malları satırıq, lakin qiymətlərə nəzarət edə bilmirik.", Əbdülnəsir Nəsr deyir.
Qaçqınlar Ədənə yemək və yardım üçün gəlirlər.
Ədənin Əl Sədəqə xəstəxanası Yəmənin cənubundakı yeganə xəstəxanadır. Xəstəxananın kifayət qədər maliyyəsi, ya da resursları yoxdur və həkimlər deyirlər ki, qərb bölgəsindəki Hudeyda liman şəhərinə hücumlar intensivləşdikcə vəziyyət daha da pisləşəcək.
Xəstəxana xəstələri qəbul etməyi dayandırarsa bu, pnevmoniya və ciddi qida çatışmazlığından əziyyət çəkən yaş yarımlıq Səba Məhəmməd kimi uşaqlar üçün ölüm demək ola bilər. Onun valideynləri Hudeydadan qaçaraq Sabanı müalicə etmək üçün vaxtında buraya gətirib.
"Bizim uşaqlarımızı müalicə edə biləcəyimiz xəstəxanamız yoxdur. Biz çox əziyyət çəkdik, məcburi köçkün olduq. Əvvəl Mokaya, daha sonra isə Ədənə getdik. Biz çox yorğunuq. Ümid edirik ki, hər şey bizim üçün daha yaxşı olacaq", Hudeydadan məcburi köçkün Məhəmməd Bəhlul Məhəmməd deyir.
Dünya Ərzaq Proqramının Ədəndəki nümayəndəsi Məhəmməd Əli dünya donorlarını Yəmənə üstünlük verməyə çağırır.
"İki il yarımdır ki, buradayam. Vəziyyət yaxşılaşmaqdansa daha da pisləşir. Tələbatın artdığını görürsünüz. İnsanların ərzaq əldə etmək imkanı baxımından əhəmiyyətli rol oynayan Hudeyda limanının bağlanması ilə əlaqədar olaraq buna ehtiyac var.", Dünya Ərzaq Proqramının Ədəndəki nümayəndəsi Məhəmməd Əli deyir.
ABŞ Senatı Vaşinqtonun müharibədə Səudiyyə Ərəbistanına dəstəyini dayandırmasına səs verib və İsveçdə BMT-nin vasitəçiliyi ilə sülh danışıqlarında isə müvəqqəti atəşkəs əldə edilib. Bunlar milyonlarla yəmənlinin aclıq həddinə gətirib çıxaran müharibədəyə son qoymaq üçün atılan yeni addımlardır.