Yəməndə müharibə, ərzaq çatışmazlığı və inflasiya səbəbilə aclıq riski artır

Your browser doesn’t support HTML5

Yardım agentlikləri bildirir ki, təxminən dörd il davam edən müharibədən sonra Yəməndəki humanitar vəziyyət bütün dünya ilə müqayisədə ən pis səviyyədədir və ölkə aclığa doğru irəliləyir. Yəmən əhalisinin 75 faizi yardıma möhtacdır, çünki ölkənin dəniz limanları yaxınlığında davam edən döyüşlər səbəbilə yaranan inflasiya ərzaq qiymətlərinin kəskin artmasına gətirib çıxarıb. Bəzi ərzaqların qiymətləri çatışmazlıq səbəbilə çox artıb. Buna görə də, bu 14 milyon insan aclıq riski ilə üz-üzədir.

Yəmənin cənubunda yerləşən Ədən şəhərindən olan taksi sürücüsü Nəşvan Səad Ömər maşınına benzin almaq üçün dövlətə məxsus yanacaq doldurma məntəqəsinin önündə gözləyir.

Bu uzun növbəyə səbəb böhrandır. Mən dörd gündür bir az benzin almaq üçün bu növbədə gözləyirəm, amma hələ də benzinin olub-olmayacağıan dair bir xəbər yoxdur.
Nəşvan Səad Ömər

Bir çox yancaqdoldurma məntəqələrinin önündə kilometrlərlə uzun maşın növbələri görmək mümkündür. Sakinlər və bizneslər bəzən günlərlə yanacağın məntəqəyə gətirilməsini gözləyir.

“Bu uzun növbəyə səbəb böhrandır. Mən dörd gündür bir az benzin almaq üçün bu növbədə gözləyirəm, amma hələ də benzinin olub-olmayacağıan dair bir xəbər yoxdur”, Nəşvan Səad Ömər deyir.

Ədəndə məhdud təchiz və artan inflasiya səbəbilə yanacağın qiyməti kəskin artıb.

58 yaşlı balıqçı Məhəmməd Yəhya Salih Məhfad deyir ki, onun qayığının yanacağı günlük gəlirinin yarısından baha başa gəlir.

“Məsələn, bu gün balıq satışından təxminən 30 min rial (120 dollar) əldə etdim, 20 min rialı yanacağa gedəcək və məndə 10 min rial qalacaq. Amma mən hələ işçilərə də pul ödəməliyəm” – deyə, o bildirir.

Balıq satıcısı Nabil Faruq Əli deyir ki, artan qiymətlər səbəbilə balıqçılar daha qısa məsafələr qət edir və daha az balıq tutur.

“Əvvəllər mən hətta gecə də hərraca çıxırdım və o saatda belə o qədər balıq olurdu ki, burdan keçmək asan olmurdu. İndi isə çox balıq tuta bilmirik. Burada gördüyünüz qədər balıq tuturuq”, o söyləyir.

Daha az sayda balıq qiymətlərin daha yüksək olacağı demədkir. Bir çox ailənin isə buna imkanı çatmır.

Yəmən

Un, şəkər tozu və düyünün qiməti də artıb, çünki Yəmən rialının dəyəri son bir ildə 235 faiz düşüb.

Ən böyük ziyan yəmənlilərin 70 faizinə, yəni gündə bir dollardan az pul qazanan və müharibə səbəbilə didərgin düşən insanlara dəyib. Zohhor Fahil Həsən onlardan biridir.

Həsən Ədən yaxınlığında qeyri-rəsmi yaşayış məntəqsəsində yaşayır.

Bizim heç nəyimiz yoxdur. Biz qorxuruq ki, evdən qovulacağıq, çünki kirayə haqqını ödəyə bilmirik. Biz ərzaq və ya içməli su ala bilmirik.
Zohhor Fahil Həsən

“Bizim heç nəyimiz yoxdur. Biz qorxuruq ki, evdən qovulacağıq, çünki kirayə haqqını ödəyə bilmirik. Biz ərzaq və ya içməli su ala bilmirik. Deyə biləcəyim tək şey odur ki, mənim xilaskarım Allahdır”, Həsən deyir.

Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edir ki, növbəti aylarda artan ərzaq qiymətləri 14 milyon yəmənlinin, yəni əhalinin yarısının ərzaq çatışmazlığı ilə üzləşməsinə gətirib çıxara bilər.

Yardın agentlikləri bildirir ki, ehtiyacı olan milyonlarla yəmənliyə yardım etmək üçün fəaliyyətlərinin miqyasını artırmaq bir neçə ay çəkə bilər.

Lakin o zaman Yəməndə təhlükəyə ən açıq insanlar üçün artıq gec ola bilər.