Yəməndə məktəblilərin öldürülməsi qəzəbə yol açıb

Your browser doesn’t support HTML5

Yəməndə məktəblilərin öldürülməsi qəzəbə yol açıb

Yəməndə hava hücumları nəticəsində məktəblilərin öldürülməsi ABŞ və Avropa Birliyini qəzəbləndirib.

Keçən həftə Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiyanın hava hücumunun Yəmənin şimalında ən azı 40 uşağın ölümünə səbıb olması beynəlxalq tənqidlərlə qarşılanıb. ABŞ Dövlət Departamenti Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Koalisiyasını ü illik müharibə dövründə ən çox ölümlə nəticələnən zərbəni araşdırmağa çağırıb. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası həmçinin etibarlı və şəffaf araşdırmalar tələb edir.

Bu uşaqlar avtobuslarının raket tərəfindən vurulduğu zaman Yəmənənin Saada vilayətində yay məktəbi gəzintisindən geri dönürdülər. Əksəriyyəti uşaq olan, azı 50 nəfər həlak olub, 77 nəfər yaralanıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Heater Nauert deyib ki, ABŞ dinc əhali arasında itkilər haqda bütün etibarlı mənbələrə ciddi yanaşır. Heather Nauert: “Biz Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya hava hücumu nəticəsində dinc əhali arasında olan itkiləri araşdırmağa çağırdıq. Müdafiə naziri Cim Mattis bu haqda danışıqlar aparıb. Nazir baş verən hadisəni Səudiyyə Ərəbistanı hakimiyyəti ilə müzakirə etmək və vəziyyəti nəzərdən keçirmək üçün Səudiyyə Ərəbistanına üç ulduzlu generalı göndərib.”

Nauert ABŞ dövlət katibi Mayk Pompeonun Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanla bu insidentlə bağlı telefon danışı apardığını təsdiqləyib, lakin bu barədə ətraflı məlumat verməkdən imtina etdi.

Analitiklərin sözlərinə görə, günahsız insanların Yəməndə Səudiyyə hava hücumları tərəfindən öldürülməsı ilk dəfə deyil. Qarşıdurma 2014-cü ildə İranın dəstəklədiyi Husi üsyançılarının Yəmənin paytaxtı Sənanı ələ keçirməsindən sonra başlayıb.

Analitik Aaron David Miller Amerikanın Səsinə bildirib: "Məsələ ondadır ki, bu şəkildə fəaliyyət göstərərək müharibəni qazanmağı gözləmək olmaz. hərbi təzyiq yolu ilə Husiləri danışıqlar masasına çağıra da bilməzsən, Hudidehlərə qarşı hücüm da bunu bir daha sübut edir. Bu da keçməz. Bu belə olmur. ABŞ buna imkan yaradır. ”

Avropa Birliyinin Təhlükəsizlik Şurası hava hücumunun "etibarlı və şəffaf" tədqiqatına çağırıb.

Avropa Birliyinin mətbuat katibi Stefan Dujarrik: “Biz döyüşlərin bitməsini istəyirik. Biz əhalinin əzabına son qoyulmasını istəyirik. Görmək istəməyimiz, insanların yaratdığı böhranın səbəbi ilə davam edən dinc əhali arasında itkilərin dayandırılmasıdır.

Avropa Birliyinin mətbuat katibi Stefan Dujarrik bildirib ki, münaqişə tərəfləri sentyabrın 6-da Cenevrədə Yəmən üzrə xüsusi nümayəndə Martin Griffitsin vasitəçiliyi ilə masaətrafı danışıqlara dəvət olunub.