Yəmənin Husi qrupuna qarşı sanksiyalar bir ay müddətinə dayandırılıb

Bayden administrasiyası bu həftə İranın dəstəklədiyi Yəmənin üsyançı Husi qrupuna qarşı sanksiyaları fevralın 26-na qədər, bir ay müddətinə dayandırıb. Bu addım BMT və yardım qurumları tərəfindən müsbət qarşılanıb.

Vaşinqton keçmiş Prezident Donald Trampın husiləri “xarici terror təşkilatı” qərarını nəzərdən keçirir.

BMT və Yəməndə işləyən 22 yardım təşkilatı Trampın bu qərarının çox ehtiyac duyulan ərzaq və tibbi ləvazimatın çatdırılmasının qarşısını alacağı və onsuz da ağır humanitar böhran vəziyyətində olan ölkədə genişmiqyaslı aclığa səbəb olacağından narahat idi.

Yəməndəki məhsulun 90 faizi ölkəyə idxal olunur.

BMT Yəmənin 30 milyonluq əhalisinin əksəriyyətinin müxtəlif növ yardıma və qorunmaya, onlardan 13 milyondan çoxunun isə kəskin şəkildə ərzağa ehtiyacı olduğunu deyir.

BMT belə bir qərarın münaqişəyə son qoymaq üçün Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin körfəz enerji şirkətlərini əhatə edən sülh danışıqlarına təsir göstərə biləcəyindən narahatdır.

Bu addım Tramp administrasiyasının hakimiyyətinin son günlərində İrana təzyiqləri artırması fonunda Dövlət Departamentinin həyata keçirdiyi mümkün addımlarından biri idi.