Yüzlərlə sabiq federal prokuror prezident Donald Tramp prezident olmasa idi ədalətin qarşısını almağa cəhdi ittihamı ilə həbs edilməli olacağı deyildiyi məktuba imza atıb.
Xüsusi prokuror Müllerin hesabatında Trampın 2016-cı il prezident seçki kampaniyası Rusiya arasında əlaqənin olmadığı haqda nəticə çıxarılıb. Lakin hesabatda deyilir ki, prezident Tramp tərəfindən ədalətin qarşısının alınmasına dair onlarla hal qeydə alınıb.
Baş prokuror Uilliam Barr və baş prokurorun müavini Rod Rozensteyn məsələyə müdaxilə edərək, belə bir qənaətə gəliblər ki, Müllerin dəlilləri ədalətin qarşısını alma ittihamı üçün kifayət deyil.
Lakin sabiq prokurorlar aydın şəkildə bildiriblər ki, dəlillər tamamilə başqa istiqamətə yönəlir.
Məktub iki il bundan əvvəl yaradılmış vəkil qrupu tərəfindən bazar ertəsi açıqlanıb. Məktubda Tramp administrasiyası davamlı tənqid edilir.