Yunanıstanda siyasi liderlər hökumət xərclərinin azaldılmasına çalışır

Yunanıstanda siyasi liderlər hökumət xərclərinin azaldılmasına çalışır

Avropa Bitliyinin xərclərin azaldılmasına dair tələbə barədə Yunanıstanın siyasi liderləri ilə danışıqlar bu gün yarımçıq dayandırılıb. Danışıqlarda bir başlıca məsələ həllini tapmamış qalıb.

Koalisiya hökuməti formalaşdıran 3 siyasi partiyanın lideri Avropa Birliyi və Beynəlxalq Valyuta Fondunun ölkə üçün böyük əhəmiyyət kəsb edən xilas paketini əldə etmək üçün xərclərin azaldılması barədə razılığa gəlməlidir.

Məlumata görə, partiya sədrləri və baş nazir Lukas Papademos bütün məsələlər barədə razılaşsa da, yalnız təqaüdlərin ixtisarında fikir ayrılığı yaranıb. Onların bu gün yenidən görüşməsi planlaşdırılır.

Yunanıstanın beynəlxalq kreditçiləri hökumət xərclərinin böyük bir hissəsinin ixtisarını tələb edir.