Yunanıstanda həlledici seçkilər keçirilir

  • Amerikanın səsi

İqtisadi çətinliklərdən qəzəblənmiş yunanlar bu gün ümummilli seçkilərdə səs verirlər. Bu səsvermənin nəticələri Avropada borc böhranını yenidən alovlandıra və ölkənin avrozonadakı gələcəyini sual altına ala bilər.

İlkin rəy sorğuları göstərir ki, seçicilərin yalnız 17-20 faizi 2009-cu ildə 33.5 faiz səs toplamış mühafizəkar Yeni Demokratiya partiyasına səs veriblər. Solçu PASOK isə 14-17 faiz səs toplaya bilib.

2009-cu ildə Avropa miqyasında borc böhranına yol açandən bəri Yunanıstanda keçirilən ilk seçkilər ölkənin qeyri-populyar Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondunun tərtib etdiyi ixtisar planlarına sadiq qalıb-qalmayacağını müəyyən edəcək.

Müharibədən sonrakı erada ən dərin böhranını yaşayan Yunanıstanda siyasi liderlər səsvermə mühüm əhəmiyyət kəsb etdiyini deyirlər.

Rəy sorğuları göstərir ki, rekord işsizlik, dağılan bizneslər və kəskin maaş azalmaları fonunda seçicilərin çoxu ixtisar ölçülərinə qarşı çıxan kiçik partiyaları dəstəkləyirlər. Kommunist KKE partiyası ümumilikdə Yunanıstanı avrozonadan çıxarmaq istəyir.