Yunanıstanın bank işçiləri tətilə çıxıb

Minlərlə yunan Afinada keçirilən nümayişdə hökumətin götürdüyü sərt ölçülərə qarşı etiraz edib

Yunanıstanda bank işçiləri bir gün öncə üç əməkdaşının etiraz aksiyaları zəminində ölməsinə etiraz edərək tətilə çıxıblar. Minlərlə yunan dünən Afinada keçirilən nümayişdə hökumətin ölkəni müflisləşmədən xilas etmək üçün götürdüyü sərt ölçülərə qarşı etiraz ediblər.

Yunanıstanın maliyyə naziri Corc Papakonstantinu parlamentə bildirib ki, ölkənin müflisləşmədən xilas etməyin yeganə yolu Avropa Birliyi və Beynəlxalq Valyuta Fondunun təklif etdiyi planlara riayət etməkdir. Qanunvericilər həftənin sonunadək ölçü üzərində səsvermə keçirəcəklər.