Yunanıstanda parlament seçkiləri keçirilib

Yunanıstan illərlə davam edən iqtisadi böhran, siyasi qarışıqlıq və Avropanın tətbiq etdiyi iqtisadi islahatları şəraitində yeni hökumətə səs verir.

Seçkilərdə əsasən istefa verən baş nazir Aleksis Tsipinin Siriza solçu partiyası ilə Venqelis Meimarakisin Yeni Demokrat partiyası yarışır.

Bu seçkilər cari il ərzində keçirilən 3-cü ümummili seçkilərdir.

Sabiq baş nazirin vədlərinə baxmayaraq, iyul ayında keçirilən referendumda yunan seçicilər kreditorların ağır şərtlərindən imtina etmişdi. Tsipras 98 milyard dollarlıq iqtisadi yardım paketini qəbul etmişdi.

Meimarakis Tsiprası razılıqla bağlı səriştəsizlikdə ittiham etmişdi.

Rəy sorğuları

İctimai rəy sorğularına görə, Siriza partiyası yeni Demokrat partiyasından cüzi fərqlə irəlidədir.

Siriza partiyası səslərin 30- 34 faizini, Yeni Demokrat partiyası isə 28- 32.5 faizini toplamalıdır.

Kimin qələbə əldə edəcəyindən asılı olmayaraq, partiyaların heç birinin 300 yerli parlamentdə lazımi yerləri tutacağı gözlənilmir.

Qalib daha iki kiçik partiya ilə koalisiya qurmalı olacaq.

Yeni hökumət tez bir zamanda iqtisadi islahat proqramının şərtlərini həyata keçirməlidir.