Yunanıstan nümayişçi Maliyyə Nazirliyini mühasirəyə alıb

Yunanıstan nümayişçi Maliyyə Nazirliyini mühasirəyə alıb

Afinada nümayişçilər Yunanıstan Maliyyə Nazirliyinin binasını mühasirəyə alıb.

Hadisə hökumət rəsmilərinin bu binada beynəlxalq kredit şirkətləri ilə ölkənin hazırkı maliyyə durumundan çıxma yollarını müzakirə etdiyi vaxt baş verib.

Kommunistlərlə əlaqəsi olan PAME birliyinin 200-ə yaxın tərəfdarı nazirliyin girişini bağlayıb. Onlar beşmərtəbəli binanın girişində ölkəboyu tətilə çağıran plakat asıblar.

Yunanıstan Avropa Birliyi, Beynəlxalq Valyuta Fondu və Avropa Mərkəzi Bankı ilə keçən ilin 159 milyard dollarlıq xilas planının bir hissəsi kimi 17 milyardlıq vəsait almaq üçün danışıqlar aparır.