Yunanıstan 14 milyard dollara qənaət edilməsi barədə planı tamamlayıb

Yunanıstanın maliyyə məsələləri üzrə rəsmiləri hökumətin növbəti iki ildə kreditorların tələbini qarşılaması üçün büdcədə 14 milyard dollara qənaət edilməsi barədə planı tamamlayıblar. Yunanıstanın hakim koalisiyasının razılığı təstiqləyəcəyi gözlənilir.

Bugünkü razılıq Yunanıstanın maliyə naziri Yannis Stournarasun Avropa İttifaqı, Beynəlxalq Valyuta Fondu və Avropa Mərkəzi Bankından bir qrup auditorla görüşü ilə eyni vaxta təsadüf edir. Tərəflər ölkənin xilası üçün qarşıya qoyulmuş tələblərin yerinə yetirilməsinə dair irəliləyişi nəzərdən keçirəcək.

Yunanıstanın baş naziri Antonis Samarasla Avropa Komitəsinin prezidenti Hose Manuel Barrosonun da görüşəcəyi nəzərdə tutulub. Cənab Samaris bu həftənin əvvəlində deyib ki, Yunanıstanın tənəzzülə uğramış iqtisadiyyatı 2014-cü ildə inkişaf etməyə başlaya bilər.

İxtisarlarla müşayiət olunan iqtisadi islahatlar əksər yunanlar tərəfindən etirazlarla qaşılanır.