Yunanıstanda daşqın nəticəsində itkin düşənlərin axtarışları davam edir

Xilasetmə komandaları Yunanıstan paytaxtı Afina yaxınlığında baş verən qasırğaların səbəb olduğu daşqınlar nəticəsində itkin düşən altı nəfərin axtarışlarını davm etdirir. Daşqınlar səbəilə 16 nəfər həyatını itirib.

Cümə günündən bəri dörd nəfəri axtaran yanğınsöndürmə idarəsi cümə günü onlara Afina yaxınlığındakı Mandra rayonunda daha iki nəfərin itkin olduğu barədə məlumatın daxil olduğunu bildirib.

Çərşənbə günü baş verən daşqınlar nəticəsində küçələr palçıqla dolub, maşınlar binalara çırpılıb, evlər, iş yerləri və avtomagistrallar su ilə dolub.

Bu son onillərdə Afina ərazisində baş verən ən dəhşətli daşqındır. Cümə günü hava yenə pisləşib, leysan yağışlar yağıb və qasırğa baş verib. Nəticədə Afinanın qərbində yerləşən Keratsini ərazisinin mərkəzi küçəsini sel basıb.

Yanğınsöndürmə idarəsi çərşənbə günündən bəri paytaxtın qərb ərazilərindən idarəyə 910 yardım zənginin daxil olduğunu bildirib. İnsanlar təhlükəsiz yerlərə təxliyyə edilmək və su basmış binalardan suyun təmizlənməsi üçün yardım tələb edir. İdarənin xilaetmə işçiləri maşınları və evlərində ilişib qalan 96 nəfəri xilas edib.

Davamlı qasırğalar nəticəsində cümə günü paytaxtın digər hissələri və yaxınlıqladakı Egina ərazisindən 70, Yunanınstanın şimal bölgələrindən isə yüzlərlə yardım çağırışı olunub.